lider-media.az

Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib

Baxış: 423 Tarix: 24-05-2025, 11:02

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.

Kollegiyanın mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, Anar Bağırov vəkil köməkçiliyinin vəkilliyə gedən yolda mühüm pillə olduğunu qeyd edərək, bu mərhələnin peşəkar vəkillərin yetişməsində xüsusi rol oynadığını vurğulayıb. Sədr bildirib ki, hüquq sisteminin möhkəmlənməsində və cəmiyyətin hüquqi maariflənməsində vəkillər mühüm rol oynayır, bu sahədə savadlı və məsuliyyətli hüquqşünaslara hər zaman ehtiyac var.

Eyni zamanda, sədr diqqətə çatdırıb ki, bu gün ARVK sıralarında 2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir. Bu rəqəmlər kollegiyanın fəaliyyət miqyasının genişliyini və hüquqi xidmətə olan yüksək tələbatı bir daha göstərir.

O, ARVK tərəfindən vəkil köməkçilərinin peşə hazırlığının artırılmasına daim xüsusi önəm verildiyini vurğulayıb, onları fəal olmağa, təcrübəli vəkillərdən öyrənməyə, təşəbbüskar yanaşma nümayiş etdirməyə və daim biliklərini artırmağa çağırıb.

Sonda vəkil köməkçilərinin sualları cavablandırılıb, onlara vəsiqələr təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi