lider-media.az

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Baxış: 263 Tarix: 23-05-2025, 20:32

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi və Azərbaycan Respublikasının bütün vətəndaşlarını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Sizin quruculuq səyləriniz sayəsində Azərbaycan bu gün sürətlə inkişaf edən iqtisadiyyatı, vətəndaşların həyat səviyyəsinin davamlı şəkildə yüksəlməsi, beynəlxalq aləmdə əldə etdiyi mühüm nailiyyətlər ilə haqlı olaraq fəxr edir. Minsk-Bakı strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə zəmanət verən hökumətlər, parlamentlər və regionlar arasında sistemli əməkdaşlıq, müntəzəm təmaslarımız buna bariz sübutdur. Bu münasibətlər hər iki dövlətin maraqlarına cavab verir. Əminəm ki, Belarus-Azərbaycan əməkdaşlığı dostluq və qarşılıqlı anlaşma ənənələri əsasında bundan sonra da fəal şəkildə inkişaf edəcəkdir. Bu bayram münasibətilə Sizə və ailənizə cansağlığı, rifah, bütün azərbaycanlılara isə əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Aleksandr Lukaşenko

Belarus Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi