lider-media.az

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşıb

Baxış: 163 Tarix: 23-05-2025, 17:01

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək fermerlər üçün keçirilən mina təhlükəsizliyi təlimləri başa çatıb. Təlimlər Füzuli rayonu, Sumqayıt və Gəncə şəhərlərində təşkil olunub. 9 aprel tarixində başlayan sessiyalara 23 may tarixində Gəncə şəhərində yekun vurulub. 2025-ci il yaylaq mövsümü ərəfəsində ümumilikdə 12 mina təhlükəsizliyi təlimi keçirilib.

Son təlimlər Azərbaycan Dövlət Aqrar Universitetinin akt zalında baş tutub. ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan sessiyalarda azad olunmuş ərazilərdə davranış qaydaları, mina və partlamamış sursatların tanınması, təhlükələrin qarşısının alınması və şübhəli ərazilərdə düzgün hərəkət prinsipləri haqqında ətraflı məlumat verilib. Təlimlərdə iştirak edən fermerlərə müxtəlif növ sursat nümunələri göstərilib, vizual tanıma üçün praktik materiallar təqdim olunub. Həmçinin maarifləndirici təlimat kitabçaları, broşürlər, plakatlar paylanılıb. Təlimləri uğurla başa vuran fermerlər, işğaldan azad edilmiş yaylaq ərazilərində fəaliyyət göstərə bilmələri üçün davranış qaydalarına dair iltizamnamə imzalayıblar. Bu sənədi imzalamış fermerlər yalnız bundan sonra yaylaqlara köç prosesində iştirak edə biləcəklər.

Tədbirlərə Kəlbəcər və Laçın yaylaqlarında mövsüm keçirməyi planlaşdıran 4276 fermer qatılıb. Təlimləri uğurla tamamlayan fermerlərin bir hissəsinə artıq azad olunmuş ərazilərə daxil olmaq üçün uzunmüddətli icazələr təqdim olunub. Hazırda fermerlərin yaylaqlara köçü mərhələli şəkildə davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi