lider-media.az

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Baxış: 126 Tarix: 23-05-2025, 14:46

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

28 May - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi günü münasibətilə Tatarıstan xalqının və şəxsən mənim səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bir əsr əvvəl Azərbaycan xalqı öz müqəddəratını müstəqil həll etmək, doğma torpağının bu gününü və gələcəyini müəyyənləşdirmək kimi müstəsna hüququnu müdafiə etdi. Bu cəsarətli seçim, nəsillərin qırılmaz əlaqəsi və ideya mirası Azərbaycan dövlətinin gələcək tarixini, ən əsası isə müasir uğur və nailiyyətlərini böyük dərəcədə qabaqcadan müəyyən etdi. Qoy, bu möhtəşəm günün sevinci, ümumi yüksək məqsədlər ətrafında birliyin xüsusi ruhu Sizin və gözəl ölkənizin bütün vətəndaşları üçün Azərbaycanın firavanlığı naminə bundan sonra da yorulmaz quruculuq işlərində ilham mənbəyinə və yeni gücə çevrilsin!

Bu fürsətdən istifadə edərək, Tatarıstan Respublikasına göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı ifadə etmək istəyirəm. Ümidvaram ki, biz gələcəkdə də Rusiya-Azərbaycan münasibətləri çərçivəsində qarşılıqlı anlaşma və etimada əsaslanan əməkdaşlıq ənənələrini artırmaq üçün birgə səylərimizi davam etdirəcəyik.

Sizə, yaxınlarınıza və respublikanın sakinlərinə möhkəm cansağlığı, xoşbəxtlik və gözəl bayram əhvali-ruhiyyəsi arzulayıram.

Hörmətlə,

Rüstəm Minnixanov

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi,

“Rusiya - İslam Dünyası” Strateji Baxış Qrupunun sədri


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi