lider-media.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri peşə bayramını qeyd ediblər

Baxış: 198 Tarix: 23-05-2025, 14:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi peşə bayramını silsilə tədbirlərlə qeyd edib. Tədbirlər Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin anılması ilə başlayıb. Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib, önünə əklil qoyaraq dərin ehtiramlarını ifadə ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət olunub, məzarı üzərinə gül dəstələri qoyulub.
Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub və Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Tədbirlər daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında davam edib. Ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə fərqlənən əməkdaşlar fəxri fərmanlarla təltif olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi