lider-media.az

Tələbələr üçün Milli Hidrometeorologiya Xidmətində “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş seminar keçirilib

Baxış: 124 Tarix: 22-05-2025, 19:18

1

Bakı Slavyan Universitetinin müəllimlərinin iştirakı ilə Milli Hidrometeorologiya Xidmətində istehsalat təcrübəsi keçən Bakı Slavyan Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş seminar keçirilib.
Tədbirin açılış mərasimində Xidmətin rəhbər şəxsləri çıxış edərək Konstitusiyanın Azərbaycan dövlətçiliyindəki müstəsna rolu, milli suverenliyin əhəmiyyəti və bu dəyərlərin gənclər tərəfindən dərk edilməsinin vacibliyi vurğulanıb.
Daha sonra seminarda BSU-nun müəllimləri təqdimatla çıxış edərək ölkəmizin suverenliyinin tam bərpa olunması, azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, o cümlədən, Böyük Qayıdış Dövlət Proqramının uğurla icra edilməsi barədə ətraflı məlumat verib.
Tədbir zamanı, həmçinin, Xidmətin mütəxəssisləri tərəfindən ölkəmizdə hidrometeorologiya sahəsində görülən işlər, Xidmətin fəaliyyəti istiqamətləri barədə geniş məlumat verilib, Erkən Xəbərdarlıq Sisteminin inkişaf etdirilməsi mövzusu xüsusi qeyd olunub.
Seminarın yekununda fəal iştiraklarına görə tədbirdə iştirak edən tələbələr və müəllimlər Milli Hidrometeorologiya Xidməti tərəfindən xüsusi “Təşəkkürnamə” ilə təltif olunublar.

2


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi