lider-media.az

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi

Baxış: 54 Tarix: 22-05-2025, 19:14

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

 "Zati-aliləri.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO adından və öz adımdan Zati-alinizə, hökumətinizə və qardaş Azərbaycan xalqına 28 May - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimizi çatdırmaqdan şərəf duyuram.

Bu əlamətdar bayram Azərbaycan xalqının sarsılmaz qətiyyətinin, suverenliyə, birliyə və tərəqqiyə möhkəm sadiqliyinin rəmzidir.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası həm regional, həm də qlobal miqyasda sülhü və əməkdaşlığı təşviq etməklə yanaşı, davamlı tərəqqi, mədəniyyətin qorunub saxlanılması, təhsilin və elmin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə etmişdir.

Biz ICESCO ilə Azərbaycan Respublikası arasında sıx və səmərəli əməkdaşlıqdan qürur duyuruq, bütün İslam dünyasında təhsili, elmi və mədəniyyəti dəstəkləmək üçün tərəfdaşlığımızı gücləndirməyə sadiq qalırıq. Azərbaycanın təşkilatımızdakı fəal və konstruktiv rolunu, eləcə də ICESCO-nun missiyasına və təşəbbüslərinə davamlı dəstəyinizi yüksək qiymətləndiririk.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir, möhkəm cansağlığı və uğurlar arzulayıram".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi