Dövlət başçısının tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Göygöl rayonunda Göygöl-Topalhəsənli-Şəhriyar avtomobil yolunun 8-ci km-dən ayrılan Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolu layihəsinin icrasına başlanılıb.
3 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 10.2 km olan Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolu layihəsi üzrə ilkin olaraq uzunluğu 5.2 km olan Zurnabad-Gəncə qəsəbəsi hissəsində yenidənqurma işlərinə start verilib.
Əsasən çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. IV texniki dərəcəyə uyğun olaraq aparılan yenidənqurma işləri ilə bu problemlər aradan qaldırılır. Layihə üzrə yolların eni 9-10 metrə qədər genişləndirilir.
Aparılan işlər çərçivəsində hazırda layihənin Zurnabad-Gəncə qəsəbəsi hissəsində torpaq işləri, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası aparılır. Bunlarla yanaşı, layihənin sözügedən hissəsinin 1-ci kilometrində bir aşırımlı olmaqla yeni körpünün tikintisinin də icrası nəzərdə tutulur.
Layihənin 5 km uzunluğa malik Mollacəlilli hissəsi üzrə sözügedən işlərlə yanaşı, səkilərin tikintisi və bərpası, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də nəzərdə tutulur. Qeyd edək ki, əsasən çınqıl və yararsız asfalt örtüklü olan Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolu layihəsinin Mollacəlilli hissəsi III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulacaq, torpaq yatağının eni 10 metrə qədər genişləndiriləcək. Bütün işlər “İnşaat Norma və Qaydaları”na əsasən yüksək keyfiyyətlə icra olunur. Yenidənqurma işlərinin son mərhələsində yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla sözügedən yollar müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.



Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi QAYDALARI
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Yeddinci çağırış Milli Məclisin 2024-cü ilin payız sessiyasının ilk iclası keçirilib
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?