Azərbaycan nefti bahalaşıb
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.
Lider-media.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,16 dollar və ya 0,2 faiz artaraq 89,49 dollar olub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.