lider-media.az

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

Baxış: 334 Tarix: 21-05-2025, 17:06

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Türkmənistan xalqı və hökuməti adından, həmçinin şəxsən öz adımdan Sizi və qardaş Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Əminik ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq, səmimi dostluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan qardaşlıq münasibətləri xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da dinamik inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət və ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Sərdar Berdiməhəmmədov

Türkmənistanın Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi