Ölkənin birinci bankı "Kapital Bank" Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub. Tədbirlər çərçivəsində baş tutan “Universitet-sənaye əlaqələri” forumunda "Kapital Bank"ın Gəncə filialının müdiri Vüqar Paşayev spiker qismində çıxış edib. Vüqar Paşayev Forum iştirakçıları ilə öz karyera yolu, bank sektorunda karyera imkanları, gənclərin bu sahədə inkişafı üçün vacib bacarıqlar və şəxsi keyfiyyətlər barədə fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb. Panel müzakirəsi formatında keçirilən forumun məqsədi universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, tələbələri iş dünyası ilə birbaşa əlaqələndirmək, əmək bazarının real tələbləri ilə tanış etmək və karyera istiqamətində dəstək göstərmək olub. Bununla yanaşı, "Kapital Bank" ali təhsil müəssisəsində keçirilən Karyera sərgisində də təmsil olunub. Sərgi zamanı bankın stendinə yaxınlaşan tələbələrə bankda mövcud vakansiyalar, təcrübə proqramları və gənclərə yönəlik karyera imkanları barədə ətraflı məlumat verilib.
Tədbirlərin davamı olaraq keçirilən Karyera təlimlərində isə "Kapital Bank"ın İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova “Karyera inkişafı və şəxsi brendin yaradılması” mövzusu ilə çıxış edib. Dördüncü kurs tələbələri düzgün karyera seçimi, müsahibəyə hazırlıq və müsahibə mərhələsində uğur qazanmaq mövzularında praktiki tövsiyələr alıblar.
Ölkənin birinci bankı olan "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

.png)
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
“Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Milli Məclisin iclasında
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb