lider-media.az

Sosial Xidmətlər Agentliyi himayədar ailələrlə görüş təşkil edib

Baxış: 263 Tarix: 21-05-2025, 14:53

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən görüşdə qonaqlar üçün master-klas da keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi himayədar valideynlər və onların himayəsinə verilən valideyn himayəsindən məhrum uşaqlarla görüş təşkil edib.

Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən görüşdə iştirakçılarla “Himayədar ailə” qayğı modeli ilə bağlı fikir mübadiləsi aparılıb. Uşaqlarla davranış qaydaları, onların sosial reabilitasiyası və ailə himayəsində böyüməsinin üstünlüklərindən bəhs olunub. Ümumilikdə 14 himayədar ailənin iştirak etdiyi görüşdə qonaqların təklifləri dinlənilib. Onlara DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə bağlı məlumatlar verilib.

Mərkəzin təlimçiləri tərəfindən qonaqlar üçün dulusçuluq, floristika, xalçaçılıq, muncuqla toxuma və bədii tikmə istiqamətləri üzrə master-klas da keçirilib Sonda onlara Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları tərəfindən hazırlanmış simvolik hədiyyələr təqdim edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi