lider-media.az

“Araz-2025” birgə təlimi davam edir

Baxış: 430 Tarix: 20-05-2025, 20:39

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İran İslam Respublikasından cəlb olunan heyətin iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, ssenariyə uyğun olaraq, iştirakçılar təlimin mərhələləri üzrə qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirirlər.

Hər iki ölkənin hərbi qulluqçuları icra olunan fəaliyyətlər zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər.

Azərbaycan-İran əlaqələrinin və əməkdaşlığının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan “Araz-2025” birgə təlimi mayın 21-də başa çatacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi