lider-media.az

Bakıda “Müasir dövrdə ailə dəyərlərimiz” mövzusunda konfrans  keçiriləcək

Baxış: 178 Tarix: 20-05-2025, 17:11

Mayın 22-də Bakıda “Müasir dövrdə ailə dəyərlərimiz” mövzusunda elmi-praktik konfrans keçiriləcək. 
Lider-media.az xəbər verir ki, tədbir Azərbaycanın Xəzər Universitetinin və Türkiyənin İzmir Katip Çelebi Universiteti, Gəncliyə Yardım Fondu və İstanbul Ailə Vəqfinin təşkilatçılığı ilə baş tutacaq.   
Konfransda dövlət rəsmiləri, Azərbaycanın Türkiyədəki səfiri, ziyalılar, ictimaiyyət və mətbuat nümayəndələri iştirak edəcəklər. 
Tədbirdə ailə dəyərləri ilə bağlı iki panel mövzuda müzakirələr aparılacaq.   

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir  konfransın təşkilini yüksək qiymətləndirib və  ailə dəyərlərinin qorunmasının, gənclərə ötürülməsinin vacibliyini vurğulayıb. 

Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi