lider-media.az

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən

Baxış: 125 Tarix: 20-05-2025, 15:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi, ölkənizin daha da inkişafı və rifahı naminə ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Misir Azərbaycanla illər ərzində uğurla inkişaf edən və ortaq maraqlarımızın irəlilədilməsinə yönəlmiş güclü öhdəliklə möhkəmlənən səmimi və yaxın ikitərəfli münasibətləri yüksək qiymətləndirir. Fürsətdən istifadə edərək, qarşıdakı illərdə Misir-Azərbaycan əlaqələrinin daha da dərinləşməsində və dost xalqlarımızın qarşılıqlı rifahı naminə əməkdaşlığımızın şaxələndirilməsində Misirin maraqlı olduğunu bir daha vurğulamaq istəyirəm. Hörmətli cənab Prezident, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, dost Azərbaycan xalqına davamlı inkişaf və firavanlıq arzulayıram.

Dərin hörmət və ehtiramla,

Əbdülfəttah əs-Sisi

Misir Ərəb Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi