lider-media.az

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzdan

Baxış: 733 Tarix: 20-05-2025, 14:38

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Həyat yoldaşım və mən Zati-alinizə və Azərbaycan xalqına milli bayramınız münasibətilə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunuq. Mən çox şadam ki, ölkələrimiz belə sıx əlaqələrə malikdir və dostluğumuzun daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm. Ümidvaram və əminəm ki, ölkələrimiz qlobal miqyasda hamımıza təsir edən iqlim dəyişikliyinin və ətraf mühit problemlərinin müsbət həlli üçün əməkdaşlıq edə bilərlər. Həyat yoldaşım və mən bayram münasibətilə Sizə və bütün azərbaycanlılara ən xoş arzularımızı yetirməkdən böyük məmnunluq duyuruq.

Hörmətlə,

Əlahəzrət III Çarlz

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi