lider-media.az

Bu ilin yanvar-aprel ayları ərzində 120.130 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Baxış: 3 Tarix: 20-05-2025, 12:33

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar- aprel ayları ərzində daşınmaz əmlak üzərində 120.130 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 19.373-ü (16,1%) ilkin, 100.757-si isə (83,9%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
 2025-ci ilin ilk dörd ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 20.332, mənzil – 28.355, torpaq sahəsi – 67.143, qeyri-yaşayış binası – 961, qeyri-yaşayış sahəsi – 3.061, əmlak kompleksi – 213, çoxmərtəbəli yaşayış binası – 62 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 30.546-sı Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
 Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin yanvar-aprel ayları ərzində 84.305 texniki pasport tərtib edilib, 19.915 ipoteka müqaviləsi qeydiyyata alınıb.     
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi