lider-media.az

Milli Məclisin nümayəndə heyəti Madriddə Prado muzeyində olub

Baxış: 247 Tarix: 20-05-2025, 12:24

Milli Məclisin sədri Sahibə Qafarovanın İspaniya Krallığına rəsmi səfəri davam edir. Səfər çərçivəsində parlament nümayəndə heyəti Madriddə Prado muzeyində olub. Parlament nümayəndə heyətinin üzvləri muzeydə saxlanılan eksponatlarla tanış olublar. Qonaqlara məlumat verilib ki, muzeydə məşhur rəssamların tabloları, tarixi heykəl nümunələri və qədim sikkə pul vahidləri ziyarətçilərə təqdim olunur. İl ərzində üç milyona yaxın insanın üz tutduğu bu mədəniyyət ocağının kolleksiyasında təqribən 8600-dan çox rəsm əsəri saxlanılır.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi