lider-media.az

Nazirliyin e-xidmətlərinə yanvar-aprel aylarında 8 mln. 546 min müraciət edilib

Baxış: 117 Tarix: 20-05-2025, 11:39

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə yanvar-aprel aylarında 8 mln. 546 min müraciət edilib. Ölkənin sosial reyestri olan “e-sosial” portalından həmin dövrdə 5,1 milyon dəfə istifadə olunub, 90 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.  Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda Nazirliyin 159 xidmətindən 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 55-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, cari ilin 4 ayı ərzində Nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 135 milyon olub.

  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi