lider-media.az

Elm və təhsil naziri Dünya Təhsil Forumunda iştirak edir

Baxış: 175 Tarix: 20-05-2025, 10:01

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 18–22 may 2025-ci il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumunda iştirak edir. 
100-dən çox ölkənin elm və təhsil nazirləri, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərin iştirakı ilə təşkil edilən forum “Stabillikdən inkişafa doğru: daha güclü, daha cəsarətli, daha yaxşı təhsili birlikdə qururuq” devizi altında həyata keçirilir. 
Forum çərçivəsində qlobal miqyasda təhsilin qarşısında duran əsas çağırışlar, innovasiya və rəqəmsallaşma, müəllim hazırlığı və beynəlxalq əməkdaşlıq kimi məsələlər müzakirə olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi