lider-media.az

"Qızıl top" mükafatlandırma mərasiminin tarixi açıqlanıb

Baxış: 3 Tarix: 19-05-2025, 23:28

2024/2025-ci il mövsümünün sonunda dünyanın ən yaxşı futbolçusu olan "Qızıl top"un mükafatlandırılması mərasimi sentyabrın 22-də baş tutacaq. 

Lider-media.az xəbər verir ki, tədbirin təşkilatçıları X sosial şəbəkəsindəki səhifəsində tarixi açıqlayıblar.

Mərasim Parisdə Chatelet Teatrında baş tutacaq. Qeyd olunur ki, mükafata əsas iddiaçılar “Barselona”dan Rafinya, Lamine Yamal və Pedri, həmçinin PSJ-dən Ousman Dembele və “Liverpul”dan Məhəmməd Salahdır .

Ötən mövsüm "Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri ilin ən yaxşı futbolçusu seçilib . Aston Villa və Argentina millisinin qapıçısı Emiliano Martinez Lev Yaşin mükafatını qazanıb .

2023/2024 mövsümündə Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqası və UEFA Super Kubokunu qazanıb , İspaniya millisi ilə isə Avropa çempionu olub.

Hədiyyə Aslan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi