lider-media.az

Dominari” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Baxış: 168 Tarix: 19-05-2025, 20:00

“Araz Vadisi İqtisadi Zonası” sənaye parkında həyata keçirilən mebel klasteri layihəsi müzakirə olunub. İqtisadiyyat naziri Mikayıl Cabbarov Litvanın “Dominari” şirkətinin nümayəndələri ilə görüşüb. Şirkət təmsilçilərinə ölkəmizin əlverişli biznes mühiti, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Litva ilə iqtisadi tərəfdaşlığın inkişafı, biznes subyektləri arasında qarşılıqlı faydalı əlaqələrin, o cümlədən investisiya əməkdaşlığının genişləndirilməsinin önəmi vurğulanıb. Tərəflər həmçinin işğaldan azad olunmuş ərazilərin investisiya potensialı, şirkət tərəfindən Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkında həyata keçirilən mebel klasteri layihəsi barədə müzakirələr aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi