lider-media.az

Mayın 19-u saat 16:00-a olan faktiki hava

Baxış: 228 Tarix: 19-05-2025, 16:27

Mayın 19-u saat 16:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin mayın 19-u saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. 
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qusarda 24 (Şahdağ), Goranboyda 23, Naftalanda 22, Şirvan və Gəncədə 20, Kəlbəcərdə 19, Tərtərdə 18, Culfada 16, Şəmkir, Biləsuvar, Tovuz və Ağstafada 15 m/s-dək güclənir.
Kəlbəcər, Laçın, Quba, Xaltan, Şabran və Qusarda isə arabir yağış yağır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23, Aran rayonlarında 29, Naxçıvan MR-da 32, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi