"Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyada keçirilən Avropa Siyasi Birliyi sammitində iştirakı ölkəmizin çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun daha bir uğurudur. Bu iştirak Azərbaycanın Avropa qitəsində dialoq və əməkdaşlığa verdiyi önəmi və təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir".
Bunu Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, ölkəmiz 2022-ci ildə Praqada keçirilən ilk toplantıdan etibarən Avropa Siyasi Birliyinin sammitlərində fəal iştirak edir:
"Bu isə Azərbaycanın qarşılıqlı siyasi fəaliyyət və regional inteqrasiya üçün yeni platformalarda maraqlı tərəf olduğunu göstərir. Məhz Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin bariz nümunəsi kimi tarixə düşdü, Azərbaycanın suverenlik və ərazi bütövlüyü uğrunda diplomatik mübarizəsində dönüş nöqtəsi oldu.
2022-ci ilin oktyabrında keçirilən Praqa sammiti, Avropa Siyasi Birliyi çərçivəsində ilk toplantı olmaqla yanaşı, Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən mühüm bir hadisəyə çevrildi".
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısında iştirakı Azərbaycanın Avropa İttifaqı (Aİ) və Avropa ölkələri ilə əlaqələrinin davamlı inkişafının növbəti aydın təzahürü oldu: "Bu səfər yalnız diplomatik protokol çərçivəsində deyil, həm də Azərbaycanın regiondakı və qlobal miqyasda artan rolunun nümayişi baxımından mühüm əhəmiyyət daşıyır".
Samir Vəliyev xatırladıb ki, bir neçə il öncə Aİ və Azərbaycan arasında münasibətlərdə müəyyən gərginlik yaşanmış, əvvəlki administrasiyaların qeyri-obyektiv yanaşmaları tərəflər arasında inamsızlıq yaratmışdı: "Lakin Azərbaycan tərəfinin prinsipial və qətiyyətli mövqeyi nəticəsində bu yanlış yanaşmalar aradan qaldırıldı və münasibətlər sağlam əsaslar üzərində yenidən quruldu. Bu gün Aİ-nin Azərbaycanla əməkdaşlığa verdiyi önəm Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın səfəri, Aİ Şurasının prezidenti Koştanın Prezident İlham Əliyevlə telefon danışıqları və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin Prezidentlə görüşdə iştirakı kimi faktlarla təsdiq olunur".
Deputat deyib ki, sammit çərçivəsində Prezident İlham Əliyevin Avropa ölkələrinin liderləri ilə keçirdiyi çoxsaylı ikitərəfli görüşlər Azərbaycanın Avropa siyasi dairələri üçün nə qədər əhəmiyyətli tərəfdaş olduğunu bir daha sübut etdi: "Bu maraq təkcə enerji təhlükəsizliyi ilə məhdudlaşmır – söhbət Azərbaycanın geosiyasi mövqeyi, nəqliyyat-logistika imkanları və sabitlik gətirən xarici siyasət kursundan gedir. Azərbaycan bu gün regional deyil, qlobal səviyyədə problemlərin həllində aktiv və məsuliyyətli aktor kimi çıxış edir. Dövlətimizin başçısının Aİ Şurasının və Avropa Komissiyasının rəhbərləri ilə görüşü də bunu təsdiqləyir".
Millət vəkili hesab edir ki, Azərbaycanın sammitdə təmsil olunması dövlətimizin və liderimizin beynəlxalq müstəvidə davamlı olaraq yüksələn nüfuzunun göstəricisidir.


Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb