lider-media.az

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

Baxış: 424 Tarix: 24-04-2024, 17:07

Bu barədə Lider-media-a universitetdən bildirilib. BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Filmin istehsalında əməyi olan “Munis Production” şirkətinin nümayəndəsi Emin Yaqubzadə çıxışında şəhidlik zirvəsinin müqəddəsliyindən danışıb. O, filmdə yalnız Vətənə sədaqət və məhəbbətin tərənnümünün deyil, ailə dəyərləri, elmə maraq kimi istiqamətlərin də əks olunduğunu bildirib.

Daha sonra film nümayiş etdirilib. Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonunda və döyüşüb şəhadətə qovuşduğu Tərtər rayonunda lentə alınan filmin baş prodüseri və ssenari müəllifi Nicat Mənalıdır. Mübariz İbrahimovun həyatından və şücaətindən bəhs edən filmdə Milli Qəhrəmanı Hüseyn Əliyev, onun valideynlərini isə Flora Hüseynova və Şamil Süleymanov canlandırıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi