lider-media.az

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

Baxış: 138 Tarix: 24-04-2024, 12:37

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə vakant yerlərin seçimi (Azərbaycan və rus bölməsi) üzrə növbəti qeydiyyat başlayır.

İdarədən bildirilib ki, aprelin 24-dən başlayan qeydiyyat prosesi mayın 1-i saat 23:59-da başa çatacaq.

Azərbaycan bölməsi üzrə vakant yerlərə qeydiyyatda 2022-2023-cü və 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və müvafiq müəssisə seçiminə görə yerləşdirilməsi mümkün olmayan namizədlər iştirak edə bilərlər. Bundan əlavə, 2023-2024-cü illərdə test imtahanından uğurla keçən, lakin müsahibədə iştirak etməyən namizədlər də qeydiyyatdan keçə bilərlər (müsahibədə iştirak etmək şərti ilə). Namizəd Azərbaycan bölməsi üzrə bir məktəbəqədər təhsil müəssisəsi seçə bilər.

Rus bölməsi üzrə vakant yerlərə qeydiyyatda isə 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsindən uğurla keçən, lakin müsahibəyə qatılmayan namizədlər iştirak edə bilərlər. Namizəd müsahibəni uğurla keçəcəyi halda test imtahanında topladığı bala uyğun olaraq seçdiyi yerlər üzrə yerləşdiriləcək. Rus bölməsi üzrə namizədə üç məktəbəqədər təhsil müəssisəsi seçmək imkanı veriləcək.

Namizədlər bir illik (ilin tamamında müddətsiz) müqavilə və ya müddətli (sosial məzuniyyət yeri üzrə) müqavilə ilə vakant yerləri seçə bilərlər. Vakant yer müddətli seçildiyi təqdirdə müvafiq müddət başa çatdıqdan sonra müqaviləyə xitam veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi