lider-media.az

2025-ci ilin yanvar-mart aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

Baxış: 115 Tarix: 16-05-2025, 15:32

2025-ci ilin yanvar-mart aylarında 267 və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 16,6 faiz azalaraq 372 nəfər olmuşdur. Onlardan 149-u həlak olmuş, 223-ü isə yaralanmışdır. Hadisələrin 45,3 faizi gündüz, 36,3 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş vermiş, 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 88,0 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz azalaraq 102 nəfər, yaralananların sayı isə 19,8 faiz azalaraq 215 nəfər olmuşdur.

Bütün yol-nəqliyyat hadisələrinin 46,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 19,5 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,5 faizini, yaralananların isə 69,5 faizini kişilər təşkil etmişdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi