lider-media.az

Azərbaycanın iki sərbəst güləşçisi İranda fəxri kürsüyə qalxıb

Baxış: 447 Tarix: 16-05-2025, 12:20

İranın Behşehr şəhərində sərbəst güləş üzrə “Necad Haşimi Kuboku” turnirinə start verilib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumatda bildirilib ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kiloqramda qaliblər müəyyənləşib. Yeddi ölkənin idmançılarının mübarizə apardığı ənənəvi turnirin ilk günündə U-20 milli komandanın 2 üzvü fəxri kürsüyə qalxıb. Omar Gülməmmədov (74 kiloqram) gümüş, Sədrəddin Həsənov (57 kiloqram) isə bürünc medal qazanıb.Vasif Bağırov, Hüseyn Hüseynov (hər ikisi 57 kiloqram) və Məhəmməd Abbaszadə (86 kiloqram) beşinci yerlə kifayətlənib.

Bu gün 61, 70, 79, 92 və 125 kiloqramda medalçılar məlum olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi