lider-media.az

BDYPİ-nin Müraciəti : "Sürət – saniyələr içində ömürlük faciəyə səbəb ola bilər!"

Baxış: 90 Tarix: 16-05-2025, 11:08

Yollarda sürət həddinin aşılması nəinki bir qanun pozuntusu, eyni zamanda insan həyatına yönəlmiş təhlükədir. Hər il ölkəmizdə qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri sürət həddinin aşılmasıdır. Bu cür məsuliyyətsiz davranış nəticəsində neçə-neçə valideyn övladını, ailələr sevdiklərini itirirlər.

Bir saniyəlik ehtiyatsızlıq bir ömrün sonu ola bilər.
Sürəti artırmaq nəqliyyat vasitəsinə nəzarəti itirmək, qarşı tərəfdəki günahsız insanların həyatını təhlükəyə atmaq deməkdir. Yol nişanlarında göstərilən sürət həddi sadəcə rəqəm deyil - insan həyatının sərhədidir!

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir:

-Qanunla müəyyən olunmuş sürət həddinə əməl edin.

-Yol və hava şəraitinə uyğun hərəkət edin.

Unutmayın ki, bir anlıq məsuliyyətsizlik bir ömürlük peşmançılığa səbəb ola bilər !


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi