lider-media.az

Şəhidimizin nəşi Naxçıvana gətirilib

Baxış: 93 Tarix: 16-05-2025, 08:39

Şəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Naxçıvana gətirilib

I Qarabağ müharibəsində itkin düşən, şəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Naxçıvana gətirilib.  Naxçıvan Beynəlxalq Hava Limanında üçrəngli bayrağa bükülmüş şəhidin tabutunu ailə üzvləri, yaxınları, dövlət və hökumət nümayəndələri qarşılayıb. Yayılım atəşi açılıb, Qurani-Kərimdən ayələr oxunub, şəhidin cənazəsinin önündən keçilib. Qeyd edək ki, şəhidlə vida mərasimi onun doğulduğu Sədərək rayonu Dəmirçi kəndində keçiriləcək. Muxtar Bayram oğlu Məmmədov Dəmirçi kəndində doğulub və o, könüllü olaraq I Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. 26 yanvar 1994-cü ildə erməni işğalçılarına qarşı gedən döyüşlərdə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi