lider-media.az

Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Baxış: 269 Tarix: 15-05-2025, 19:15

Mayın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb. Nazirlər Kabinetindən  bildiriblər ki, görüşdə Prezident İlham Əliyevin və Çinin Sədri Si Cinpinin birgə səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafı məmnunluqla vurğulanıb.

Prezident İlham Əliyevin Çinə son dövlət səfərinin əhəmiyyəti qeyd edilib. Dövlət başçılarının imzaladıqları “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırdığı diqqətə çatdırılıb. Görüşdə Azərbaycan ilə Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlığın aktual məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi