lider-media.az

Biləsuvarda yol polisi “Piyadalar, diqqətli olun!” şərti adı altında profilaktik tədbir keçirib

Baxış: 383 Tarix: 15-05-2025, 16:03

Biləsuvar Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən “Piyadalar, diqqətli olun!” şərti adı altında profilaktik tədbir keçirilib. 
Tədbir zamanı yol polisləri piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə marifləndirici söhbətlər aparıblar. Hərəkət iştirakçılarına yol hərəkəti qaydalarına düzgün riayət etməyin vacibliyi tövsiyə olunub. Edilən xəbərdarlıqlara baxmayaraq yol hərəkəti qaydalarını pozan piyadalar haqqında inzibati protokollar tərtib olunub.
Qeyd edək ki, mövsümə uyğun piyadaların hərəkət intensivliyi nəzərə alınaraq, eləcə də piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədi ilə hərəkət iştirakçıları, xüsusilə piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədilə respublika ərazisində "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi