lider-media.az

Qarabağ Universitetində piano musiqisi axşamı keçirilib

Baxış: 709 Tarix: 15-05-2025, 15:59

Qarabağ Universitetinin İncəsənət fakültəsində istedadlı pianoçu Aynur Abdullayevanın “Kölgələrdən Sonsuzluğa” adlı fortepiano musiqisi axşamı keçirilib. Konsert proqramında dünya musiqi tarixinin əfsanəvi siması, macar bəstəkarı Ferens Listin məşhur əsərləri səsləndirilib. Aynur Abdullayeva dinləyicilərə Listin “Mephisto waltz”, “Transcendental etude”, “Spanish Rhapsody”və Lüdviq Van Bethovenin “Symphony №: 7 (II hissə. Allegretto)” əsərini Ferens List transkripsiyasında ifa edib.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov konsertin yekununda çıxış edərək bu cür tədbirlərin gənc nəsildə klassik musiqiyə marağın artırılmasında mühüm rol oynadığını vurğulayıb və Aynur Abdullayevaya dəyərli təşəbbüsünə görə təşəkkürlərini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi