lider-media.az

Azərbaycanlı professorun səhnə əsəri Yakutiyada nümayiş etdirildi

Baxış: 171 Tarix: 15-05-2025, 15:44

Həmyerlimiz, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kafedra müdiri, sosiologiya elmləri doktoru, professor Ağamalı Məmmədovun səhnə əsəri Yakutiyada tamaşaya qoyulub. 
Lider-media.az xəbər verir ki, “Şüşə üzərində” pyesin motivləri əsasında səhnələşdirilən “Qarın nəfəsi” adlı tamaşanın ilk premyerası paytaxt Yakutskdakı P.A.Oyunski adına Saxa Akademik Teatrında reallaşdırılıb. 
Ağamalı Məmmədov saytımıza açıqlamasında əsərində vətəndən uzaqda yaşayan mühacirin tənhalıq həyatından, qürbət hissi yaşayan fərdin özünə qayıtmaq mövzusundan bəhs olunduğunu bildirib.   
Ömrünün 40 ildən çoxunu Rusiyada, 20 ilindən çoxunu Yakutiyada yaşayan həmyerlimiz deyib: “Məncə, hər bir savadlı insan bu yer üzündə niyə və nə üçün yaşadığını, nələr edə biləcək qabiliyyətinə malikdir. Hər bir insan kamilləşdikcə, öz məninə, köklərinə qayıtmağı arzulayır. Məni həmişə bir sual düşündürüb, görəsən, öz Vətənindən kənarda yaşayan hər kəs xalqının, millətinin qayğısına qalır, ya öz kökündən uzaqlaşır? Düşünürəm ki, tamaşada bu suallara cavab verilib”.
 Süjetə görə, istedadlı yakut alimi Daniloff Fransada varlı və yaşlı adamların yaşadığı pansionata köçür. Atasız böyüyən qəhramanın uşaqlığı internat məktəbində keçib. Asiya ölkələrində təhsil alan qəhraman hər zaman siyasətdən uzaq olmağa çalışıb və bütün gücünü riyaziyyat elminə verib. Bu sahədə kifayət qədər tanınmış professor olun Daniloff müxtəlif ölkələrdə çalışdıqdan sonra Fransa sahillərində sakit bir sığınacaq taparaq orada yaşamağa başlayır. O, pansionatda vətən həsrəti ilə yaşayır. Oğlu Ayaal fırıldaqçılara qarışaraq atasının adına kredit götürmək niyyəti ilə pansionata gəlir.
Pansionat sahibinin köməkçisi Madlen professoru dələduzluğa cəlb etmək tapşırığı alır. Lakin onu bir insan kimi tanıyandan sonra münasibəti dəyişir. Bu qarışıqlıqda professor həyatında ilk dəfə Madlenə aşiq olur və sanki özünə qayıdır. 
Qeyd edək ki, 19 yaşından Moskvada yaşayan Ağamalı Məmmədov Rusiya Prezidentinin Mədəniyyət üzrə Premiya mükafatçısı və Potanin Fondunun "Educatıon-Online Grant" mükafatçısıdır. O həm də sosiologiya sahəsində 52 kitabın, 250 sayda məqalənin müəllifidir, 60-dan çox konfransda məruzəçi kimi çıxış edib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi