lider-media.az

Akademik İsa Həbibbəyli professor Aktotı Raimkulova ilə görüşüb

Baxış: 408 Tarix: 15-05-2025, 13:17

Azərbaycan Milli Elmlər Akademiyasını prezidenti akademik İsa Həbibbəyli Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova ilə görüşüb. Görüşdə AMEA ilə Fondun elmi əməkdaşlıq məsələləri, ortaq layihələri müzakirə olunub.

Görüş zamanı 2026-cı ildə I Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyi münasibəti təşkil ediləcək sərgilər, elmi konfranslar və kitab təqdimatları haqqında müzakirə aparılıb, habelə Akademiya ilə Fondun ortaq nəşrləri məsələlərinin prespektivləri gündəmə gətirilib.

Müzakirədə həmçinin 2025-2026-cı illərdə yubileyləri keçiriləcək Türk dünyasının görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına həsr olunan ortaq elmi layihələrin icrası məsələləri üzərində fikir mübadiləsi aparılıb.

Sonda səmimi görüşə görə professor Aktotı Raimkulova akademik İsa Həbibbəyliyə təşəkkür edib və ortaq elmi layihələrin icrasının Türk dünyasının mədəniyyətinin, ədəbiyyatının, dilinin inkişaf baxımından əhəmiyyətli olacağına inamını bildirib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi