lider-media.az

Azərbaycan ilə Ümumdünya Poçt İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Baxış: 50 Tarix: 14-05-2025, 20:49

Azərbaycan ilə Ümumdünya Poçt İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb


Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ümumdünya Poçt İttifaqının (UPİ) Baş direktorunun müavini Marjan Osvald ilə görüşüb.

Bu barədə nazir Rəşad Nəbiyev bildirib.

“UPİ ilə əməkdaşlığın genişləndirilməsi barəsində fikir mübadiləsi apardıq. E-ticarət və poçt daşımalarının gələcək inkişafını müzakirə etdik.

Həmçinin bu il sentyabrın 7-19-da Dubayda təşkil olunacaq 28-ci Konqres zamanı keçiriləcək seçkilərdə Azərbaycanın ÜPİ-nin İnzibati Şura və Poçt İstismarı Şurası üzvlüyünə namizədliyinin irəli sürüldüyünü qeyd etdik”, - deyə nazir əlavə edib.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi