lider-media.az

Nazirliyin nümayəndələri Türkiyənin Sosial Təminat Qurumunda görüşlər keçirib

Baxış: 261 Tarix: 14-05-2025, 16:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov, Əlillik siyasəti şöbəsinin baş məsləhətçisi Elmira Əliyeva və Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdiri Yalçın Niftiyev Türkiyənin Ankara şəhərində səfərdə olublar.

Nazirliklə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi arasında Tədbirlər Planının peşə reabilitasiyası və sosial müdafiə sahəsində daxili nəzarət üzrə təcrübə mübadiləsinə dair bəndləri çərçivəsində baş tutan səfər çərçivəsində Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertemlə görüş olub.

Görüşdə iki nazirlik arasında əlaqələrin inkişafından, təcrübə mübadilələrinin əhəmiyyətindən bəhs olunub. Həmçinin qardaş ölkənin Sosial Təminat Qurumunun rəhbər vəzifəli şəxsləri Ömər Küçükevçilioğlu, Yakup Koç və digər məsul nümayəndələri ilə görüşlərdə əlilliyi olan şəxslərin peşə reabilitasiyası və sosial müdafiə sahəsində daxili nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadilələri aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi