lider-media.az

Lənkəran şəhərində Azərbaycan Retinoloqlarının 9-cu konfransı keçiriləcək

Baxış: 343 Tarix: 14-05-2025, 16:08

Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə mayın 17-də Lənkəran şəhərində Azərbaycan Retinoloqlarının 9-cu konfransı keçiriləcək.
Lider-media.az xəbər verir ki, tədbirin əsas məqsədi torlu qişa (retina) xəstəlikləri sahəsində aparılan elmi-tibbi tədqiqatların müzakirəsi, bu sahədə əldə olunan nailiyyətlərin paylaşılması, eyni zamanda, regionlarda fəaliyyət göstərən retinoloq və oftalmoloqların ən son diaqnostik və müalicəvi yeniliklərə çıxış imkanlarının artırılmasıdır. Konfrans, həmçinin həkimlər arasında təcrübə mübadiləsini təşviq etməyi və peşəkar əlaqələrin gücləndirilməsini nəzərdə tutur.
Konfransın açılışı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımovun giriş nitqi ilə başlayacaq.
Konfransda optik neyropatiyalarda optik koherens tomoqrafiya (OKT) müayinəsinin xüsusiyyətləri, vərəm uveiti və onun diaqnostik yanaşmaları, eksimer lazer cərrahiyyəsindən sonra torlu qişanın qopması halları və profilaktik tədbirlər, 1-ci və 2-ci tip makulyar teleangiektaziyaların klinik xüsusiyyətləri və müalicə strategiyaları və torlu qişanın irsi xəstəliklərinin diaqnostikasında flüoressein angioqrafiyasının əhəmiyyəti və tətbiqi mövzusunda müzakirələr aparılacaq.  



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi