lider-media.az

Könüllülər üçün "Go Camp" layihəsi davam edib

Baxış: 100 Tarix: 13-05-2025, 17:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə 2024-cü ildən start verilən könüllülər üçün "Go Camp" piknik layihəsi bu ildə davam etdirilib. 
Layihə çərçivəsində könüllülər Şahdağ Milli Parkının İsmayıllı bölməsinə səfər edib, milli parkların təbiəti ilə yaxından tanış olub, flora və faunası haqqında məlumatlanıblar. Eyni zamanda gənclər müxtəlif oyun növləri və idman yarışları ilə asudə vaxtlarını dəyərləndiriblər. 
Layihənin əsas məqsədi könüllülər arasında sağlam həyat tərzinin formalaşdırılması, onlar arasında birliyin nümayişi, eyni zamanda ətraf mühitin mühafizəsində gənclərin rolunun artırılması və aktiv fəaliyyət göstərən Azərbaycan könüllülərinin fəaliyyətinin qiymətləndirilməsidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi