lider-media.az

Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı işəgötürənlərə müraciət edib

Baxış: 276 Tarix: 13-05-2025, 14:18

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı işəgötürənlərə müraciət edib. “Əmək və məşğulluq” altsistemi üzərindən aparılan nəzarət zamanı bəzi işəgötürənlərin qüvvədə olan əmək müqavilələrini hələ də elektron sənəd formasına keçirmədiyi müşahidə olunub. Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi qanunvericiliyin tələbidir. Bu tələbin vaxtında və düzgün icrası, əmək qanunvericiliyinə riayət olunması, əmək münasibətlərində şəffaflığın təmin edilməsi və işçilərin hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bir daha işəgötürənlərin diqqətinə çatdırılır ki, Nazirlər Kabinetinin 2024-cü il 17 sentyabr tarixli qərarına əsasən, əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin son müddəti:

  • Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər üçün 2025-ci il 1 yanvaradək (bu mərhələ üzrə müddət  artıq bitib),
  • iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək,
  • ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri üçün 2026-cı il 1 yanvaradək müəyyən edilib. İşəgötürənlər əlavə məlumat və texniki dəstək üçün “142” Çağrı mərkəzinə müraciət edə bilərlər.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi