PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın çağırışı ilə keçirilən konqresdə qəbul olunan qərarlar məlum olub. Mayın 12-də PKK (Kürdüstan Fəhlə Partiyası) rəsmi olaraq özünü ləğv etdiyini və silahlı mübarizəyə son qoyduğunu açıqlayıb. Bu qərar təşkilatın 5-7 may tarixlərində İraqın şimalında keçirilən 12-ci qurultayında qəbul edilib.
Türkiyəli rəsmilərin PKK-nın ləğv edilməsinə dair münsaibəti də özünü çox gözlətməyib. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik bildirib ki, İmralıdan verilən çağırışdan sonra PKK-nın özünü buraxmaq və silahlı fəaliyyətinə son qoymaq qərarı "terrorsuz Türkiyə" hədəfinə çatmaq baxımından mühüm bir mərhələdir. O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın "terrorsuz Türkiyə" üçün ortaya qoyduğu güclü siyasi iradə və bu prosesi dövlət siyasəti səviyyəsində müəyyənləşdirən əhatəli və aydın yanaşması, eləcə də Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının tarixi çağırışı, hadisələrə münasibətdə nümayiş etdirdiyi qəti mövqe bütövlükdə "daxili cəbhə"nin möhkəmləndirilməsinin əsas istiqamətlərini təşkil edir.
Ömər Çelik qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin terror təhdidindən tamamilə azad olunması istiqamətində ortaya qoyduğu qətiyyətli siyasi iradə, dövlət səviyyəsində formalaşdırılmış sistemli və aydın siyasət xətti, eyni zamanda Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının verdiyi tarixi çağırış və hadisələrə qarşı sərgilədiyi prinsipial mövqe daxildə milli birliyin və həmrəyliyin gücləndirilməsi baxımından mühüm rol oynayır.
Qeyd edək ki, hələ ötən ilin oktyabr ayında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı partiyasının qrup toplantısında bir sıra önəmli açıqlamalar verilmişdi. Baxçalı təklif edirdi ki, PKK terror təşkilatının lideri Abdullah Öcalan parlamentə gələrək burada PKK-nın buraxılmasını elan etsin. Onun sözlərinə görə, bunun üçün Öcalana parlamentdə çıxış etməyə şərait yaradılmalıdır: "Terrorçuların liderinin təcridi aradan qaldırılarsa, qoy parlamentə gəlib, kürdyönümlü DEM fraksiyasının iclasında çıxış etsin, terrora son qoyulduğunu və PKK təşkilatının buraxıldığını elan etsin". Siyasətçi, Öcalanın bu addımdan sonra qanunvericilikdəki "Umut hakkı" layihəsi qüvvəyə minərsə, bundan yararlana biləcəyini vurğulayıb. Baxçalının bu açıqlaması ölkə mediasında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi KİV bu açıqlamanı uzun illik kürd probleminin həlli üçün "tarixi fürsət" adlandırıb. "Umut hakkı" layihəsi cari il sentyabrın 30-u PKK-nın siyasi qolu olan Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) tərəfindən irəli sürülüb. Sözügedən qanun layihəsi ağırlaşdırılmış ömürlük həbsə məhkum edilmiş məhkumların 25-ci ildən etibarən şərti azadlığa çıxma hüququna malik olmasını nəzərdə tutur.
Bu il fevralın 27-də Abdullah Öcalan PKK-ya "silahı yerə qoyun" çağırışı edib. İstanbulda, İmralı adasında həbsdə olan Öcalan sülh çağırışı barədə bunları deyib: "...min ildir varlığını qoruyan türk-kürd münasibətləri ittifaqa doğru inkişaf etməlidir. Cümhuriyyətin 2-ci əsri yalnız demokratik güzəştlərlə yaxşılaşa bilər. Cənab Baxçalı və cənab prezident Ərdoğanın ortaya qoyduğu iradə sayəsində bu çağırışı edirəm".
PKK (Kürdistan Fəhlə Partiyası) terror təşkilatı 1978-ci ildə Abdullah Öcalan və bir qrup marksist-ideoloji tərəfdarı tərəfindən Türkiyənin Diyarbakır vilayətində yaradılıb. Əvvəlcə solçu ideologiya ilə çıxış edən PKK sonradan "müstəqil Kürdüstan dövləti" qurmaq iddiası ilə separatçı-terrorçu fəaliyyətə keçib. Təşkilat həm Türkiyədə, həm də beynəlxalq aləmdə terror təşkilatı kimi tanınıb (o cümlədən ABŞ, Avropa İttifaqı və NATO tərəfindən). PKK-nın yaranması 1970-ci illərdə Türkiyədəki siyasi qeyri-sabitlik və sol ideologiyanın yüksəlişi ilə sıx bağlıdır. Abdullah Öcalan bu təşkilatı yaradan zaman əsas məqsədi Türkiyənin cənub-şərqində yaşayan kürdlərin müstəqilliyini əldə etmək idi. Təşkilat bu məqsədlə əvvəlcə ideoloji təbliğatla çıxış edib, lakin 1984-cü ildən etibarən silahlı mübarizəyə başlayıb. Nəticədə polislərə, hərbçilərə və mülki vətəndaşlara qarşı çoxsaylı hücumlar həyata keçirilib. PKK-nın törətdiyi terror aktları nəticəsində 40 mindən çox insan həlak olub. Uşaq və qadınları da öz "mübarizəsinə" cəlb edən PKK bu illər ərzində insan hüquqlarını da heçə sayıb. Onun əsas bazaları isə İraq və Suriyanın şimalı olub. PKK-nın başçısı Abdullah Öcalan 1999-cu ildə həbs edilib və törətdiyi terror əməllərinə görə əvvəlcə edam cəzasına məhkum olunub. Lakin bu hökm sonradan ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Hazırda Öcalan cəzasını Mərmərə dənizində yerləşən İmralı adasında təkadamlıq kamerada çəkir.
Qafqaz Strateji Araşdırmalar Mərkəzininin (KAFKASSAM) təsisçisi prof, dr. Hasan Oktay mövzunu şərh edərək deyib: "Ötən illər ərzində PKK Orta Şərqdə Türkiyəyə qarşı mübarizə aparmaq üçün bir meydan formalaşdırıb və ətrafında ciddi xarici dəstək əldə edib. Nəticə etibarilə bu gün PKK Türkiyəyə qarşı apardığı mübarizəni uduzduğuna görə öz mövcudluğunu sona çatdırmaq qərarı alıb. Qrup bu mübarizəni yeni bir müstəviyə daşımaq yolunu seçib. Silahı yerə qoyduğunu və bundan sonrakı dövrdə tələblərini siyasi gündəmə gətirəcəyini bəyan edən təşkilatın irəli sürdüyü məsələlər Türkiyə Cümhuriyyəti dövləti tərəfindən yaxından izləniləcək. Bu səbəbdən Prezident Ərdoğan bu prosesi "həssaslıqla yaxından izləyəcəyik" ifadəsi ilə xarakterizə edib".
Professor əlavə edib ki, ölkədə Öcalana əfv gözləntisi və Türkiyə Cümhuriyyəti Konstitusiyasında dəyişikliklərlə bağlı istəklər də mövcuddur: "Bu məsələlər qarşılıqlı olaraq yaradılacaq heyətlər tərəfindən diqqətlə izləniləcək, araşdırılacaq və həyata keçirilməsi mümkün olanlar yerinə yetirilə bilər. Lakin tələblər təzyiq vasitəsinə çevrildiyi anda Türkiyə Cümhuriyyəti dövlətinin heç bir terror təşkilatı ilə pazarlıq etməyəcəyi hər kəsə məlumdur. Dövlət Baxçalı da bu kontekstdə "Əgər terror bitəcəksə, onda Abdullah Öcalan gəlsin və parlamentdə təşkilatın ləğv olunduğunu elan etsin" ifadəsini işlədib. Bundan sonrakı mərhələdə müsbət tendensiya müşahidə ediləcəksə, yeni bir etimad mühiti formalaşa bilər".


ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb