Nazir müavini Vüsal Nəsirli Qəbələ rayonunda vətəndaşları qəbul edəcək
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli mayın 22-də Qəbələ rayonunda sakinləri qəbul edəcək. Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaşlar 13 - 19 may tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.