lider-media.az

Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib

Baxış: 65 Tarix: 12-05-2025, 18:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib. Dövlətimizin başçısı X sosial şəbəkə hesabında bununla bağlı etdiyi paylaşımda bildirib: “Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm.

Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir.

Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi