lider-media.az

Paytaxtda narkokuryerliyə cəlb olunan daha bir şəxs saxlanılıb

Baxış: 278 Tarix: 12-05-2025, 16:33

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat nəticəsində əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 48 yaşlı Rəşad Məcidov saxlanılıb. Ondan 1 kiloqrama yaxın marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

R.Məcidov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və maddi gəlir qarşılığında narkotiklərin satışını planlaşdırdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi