lider-media.az

Vətəndaş həmrəyliyi və sağlam həyata çağırış: Abşeron Milli Parkında veloyürüş

Baxış: 88 Tarix: 12-05-2025, 14:58

Abşeron Milli Parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Konstitusiya və Suverenlik İli” çərçivəsində veloyürüş təşkil olunub. Tədbir TƏBİB-in Pirallahı Tibb Mərkəzinin təşkilatçılığı, Abşeron Milli Parkının və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin dəstəyi ilə baş tutub.
İki mərhələdə, eyni məsafə üzrə keçirilən yürüşə ümumilikdə 100-dən artıq tibb işçisi və könüllü qatılıb. Ulu Öndərin əziz xatirəsinə ehtiram, ölkəmizin suverenliyinin və vətəndaş həmrəyliyinin təbliği, sağlam həyat tərzinin təşviqi məqsədi daşıyan tədbir iştirakçılar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Sonda veloyürüş iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub. Tədbir Şahdili turu ilə yekunlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi