lider-media.az

DƏMX “Global Tech Awards 2025” beynəlxalq müsabiqəsində 3 nominasiya üzrə qalib seçilib

Baxış: 203 Tarix: 12-05-2025, 13:45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ABŞ-də keçirilən “Global Tech Awards 2025” beynəlxalq müsabiqəsində 3 nominasiya üzrə qalib seçilib. Xidmətin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) üzərindən göstərdiyi xidmətlər və bu istiqamətdəki innovativ addımları müsabiqənin tədqiqat komandası tərəfindən yüksək qiymətləndirilib. DƏMX "Green Technology", "Government Technology" və "HR Technology" nominasiyaları üzrə fərqlənərək qaliblər sırasında yer alıb. (https://www.globaltechaward.com/) Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Vyetnam, Almaniya, Rumıniya, Sinqapur, BƏƏ və bir sıra digər ölkələrdən layihələr yer alıb. Qeyd edək ki, cari ildə Xidmət ümumilikdə 17 beynəlxalq mükafata layiq görülüb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi