lider-media.az

Mayın 11-i saat 18:00-a olan faktiki hava

Baxış: 147 Tarix: 11-05-2025, 18:36

Milli Hidrometeorologiya Xidmətinin mayın 11-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Naftalan, Şəki, Göygöl, Zaqatala, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Balakən və Goranboyda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 19, Tərtər 18, Bakıda və Abşeron yarımadasında 17, Mingəçevirdə 16, Kəlbəcər və Şəkidə 15 m/s-yə çatır. Mayın 11-i saat 17:05 radələrində Şəki rayonuna və Tərtər rayonuna diametri 5-7 mm, Daşkəsən rayonuna isə diametri 1 mm olan dolu düşüb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi