lider-media.az

AZPROMO: "Made in Karabakh" əmtəə nişanının layihəsi hazırlanıb

Baxış: 1 862 Tarix: 29-01-2024, 12:41

"Made in Karabakh" əmtəə nişanının layihəsi hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, "Made in Azerbaijan” və "Made in Karabakh - heart of Azerbaijan” əmtəə nişanlarına dair istifadə qaydaları layihəsi hazırlanaraq müvafiq strukturlara rəy verilməsi üçün təqdim edilib.

“Ötən il Azərbaycan şirkətlərinin "Made in Azerbaijan" vahid ölkə stendi ilə 5 beynəlxalq sərgidə iştirakı təmin olunub. Bu ilin yanvarında İraqda "Yaşıl həftə" sərgisində Azərbaycan öz məhsulları ilə təmsil olunub. Bu il Yaponiya, Koreya və Almaniyada keçiriləcək sərgilərdə də Azərbaycanın iştirakı nəzərdə tutulur”, - deyə Yusif Abdullayev vurğulayıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi