lider-media.az

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Baxış: 235 Tarix: 9-05-2025, 09:03

Mayın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Əbu-Dabidə keçirilmiş görüşlərdə aparılmış müzakirələrdən məmnunluq ifadə olunub. 

Ölkələrimiz arasında qarşılıqlı etimad və dostluğa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, mövcud siyasi dialoqun ruhuna uyğun olaraq iqtisadi-ticarət əlaqələrinin genişləndiyi, müxtəlif sahələr üzrə nümayəndə heyətlərinin qarşılıqlı səfərlər həyata keçirdikləri vurğulanıb.Dövlət başçıları ikitərəfli və regional gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi