lider-media.az

Sahibə Qafarova:"Azərbaycan hazırda Avrasiyanın önəmli energetika mərkəzinə çevrilib"

Baxış: 218 Tarix: 8-05-2025, 13:26

image

Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir. Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən"Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusundakı xüsusi iclasında deyib.O bildirib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanmasıdır: “1995-ci ildə qəbul edilən ali sənəd dünyanın ən demokratik konstitusiyaları ilə müqayisə oluna bilər. Ulu Öndərin başlatdığı işləri layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurları misilsiz tarixi qələbələri ilə davam etdirilib. Azərbaycan hazırda Avrasiyanın önəmli energetika mərkəzinə çevrilib. Müxtəlif sahələrə böyük investisiyalar qoyulub. Ölkəmiz Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda mövqeyini gücləndirib, sammit və beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi